AzQAC Tərtər şəhər bölməsinin könüllülərinə "Əsas İlk Yardım" təlimi keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Tərtər şəhər bölməsinin könüllülərinə "Əsas İlk Yardım" təlimi keçirilib
"Basic First Aid" training was held for the volunteers of AzRCS Tartar city branch

2-3 noyabr tarixlərində Tərtər bölmə könüllülərinin ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədi ilə növbəti Əsas " İlk Yardım"  üzrə təlim baş tutub. Təlimin əsas təlimçisi AzQAC ilk yardım əməkdaşı İlkinə Ağayeva olub. 


Təlimin əsas məqsəd könüllülərin davamlılığını gücləndirməklə və icma daxilində ilk yardım məlumatlarını həm gündəlik vəziyyətlərdə, həm də fövqəladə hallarda yaralanmalarla mübarizə aparmaq üçün icmaların bacarıqlarını artırmaqdır. Eyni zamanda ilk yardım nədir, ilk yardımın önəmi, zərərçəkmişlərin müayinəsi, bərpa və ÜAR massajının tətbiq olunması, tənəffüs yollarında yad cisim olduğu təqdirdə nələrə diqqət edilməli, qanaxmanı dayandırmaq və şokun düzgün şəkildə idarə olunması mövzularına toxunulub. Yaralar, yanıq və sınıqların növləri barəsində praktiki məlumat verilib.


Təlimdə 19 nəfər könüllü iştirak edib və iştirakçılar sonda sertifikatla təltif olunub.